
"Qarabağ"ın polşalı qapıçısı Mateuş Koxalski karyerasını yenidən ölkəsində davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı jurnalist Rafal Gikeviçə istinadən "sportowefakty.wp.pl" saytı yayıb.
Məlumata görə, 26 yaşlı qolkiper Ekstraklassa təmsilçisi "Veçista"ya (Krakov) qoşulmaq üzrədir.
Mümkün transferin maliyyə şərtləri ilə bağlı konkret məlumat yoxdur.
Qeyd edək ki, Koxalski 2024-cü ildə "Stal"dan (Melets) "Qarabağ"a transfer olunub.
Sözügedən "çərçivə" qoruyucusu daha öncə ölkəsinə qayıtmaq variantını nəzərdən keçirdiyini və "Vidzev"in onunla ciddi maraqlandığını da açıqlamışdı.