
Yeni mövsümə Azər Məmmədovun rəhbərliyi altında hazırlaşan "Kəpəz" daha bir transferini açıqlayıb.
Fanat.Az "sarı-göylər"in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qapıçı Rəşad Əzizlidir.
32 yaşlı qolkiper müddəti 2026/2027 mövsümünün sonunadək nəzərdə tutulan müqaviləyə imza atıb.
Əzizli ötən mövsüm 1-ci Liqa təmsilçisi "Səbail"də çıxış edib.