
Ötən mövsüm Premyer Liqada çıxış edən yerli futbolçulara görə tətbiq olunan maliyyə təşviq mexanizmi növbəti futbol ilində də qüvvədə olacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bunun üçün yaradılan "bonus fondu"nda bölgü eyni şərtlərlə həyata keçiriləcək.
Başqa sözlə, Premyer Liqada çıxış edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödəniləcək rüsumlardan formalaşan məbləğ ötən mövsümkü qaydalarla bölünəcək. Hansı ki, mövsüm ərzində Peşəkar Futbol Liqası tərəfindən müvafiq hesablamalar aparılacaq, yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdiriləcək və bölgü həyata keçiriləcək.
Xatırladaq ki, AFFA İcraiyyə Komitəsinin fevralın 3-dəki qərarına əsasən, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan layihə çərçivəsində 2025/2026 mövsümündə klubların hesabına ümumilikdə 2 milyon 610 min manat ödəniş həyata keçirilib. Halbuki, bonus fondunun həcmi əvvəlcə 1 milyon manat olaraq nəzərdə tutulmuşdu. Yekun bölgüdə “Qəbələ” ən çox qazanan klub olub. Bölgə təmsilçisi 379 min 987 manat gəlir əldə edib. Daha əvvəl elan olunduğu kimi, sözügedən klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib.
Mirağa