13:31 11.08.2026 158

Tahir Gözel: "Bu komandanın potensialına ürəkdən güvənirəm"

"Qarabağ"ın prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin “Dinamo Kiyev” ilə cavab oyunu ərəfəsində klubun mətbuat xidmətinə danışıb.

Fanat.Az xəbər verir ki, o, "köhlənlər"in hədəflərinin böyük olduğunu və komandaya inandığını bildirib: 

“Möhtəşəm bir mövsümü geridə qoyduqdan sonra 2026/27 mövsümünə böyük hədəflər və böyük inamla start verdik. Qarşıda bizi yenə çox ciddi və məsuliyyətli sınaqlar gözləyir. Bu il bir çox mövqedə heyətimizi gücləndirdik, inandığımız futbolçuları komandamıza cəlb etdik və bu seçimləri edərkən qarşıdakı qarşılaşmaları, komandamızın ehtiyaclarını nəzərə aldıq. Yeni futbolçularımızın “Qarabağ”a öz töhfələrini verəcəyinə inanıram və bu komandanın potensialına ürəkdən güvənirəm.

Hər zaman olduğu kimi, bu gün də Qurban müəllimin yanındayam. Onunla birlikdə uzun illər ərzində çox böyük uğurlar yaşamışıq, onun bu komandaya olan sevgisini və bağlılığını çox yaxşı bilirəm. Qurban müəllimin futbol düşüncəsinə tam güvənirəm. İnanıram ki, futbolçularımız qarşıdakı günlərdə bizlərə yenə qürur duyacağımız gözəl anlar yaşadacaqlar.

İndi isə azarkeşlərimizə səslənərək komandamıza inanmalarını, bu inamı tribunada futbolçularımıza hiss etdirmələrini istəyirəm. “Dinamo” ilə bizi çox vacib oyun gözləyir. Belə məqamlarda stadionun səsi, azarkeşin sevgisi komandaya böyük güc və mübarizə ruhu verir.

Gəlin, hər birimiz yumruq kimi bir yerdə olaq, komandamızı ürəkdən dəstəkləyək və “Qarabağ”ımıza olan inamımızı tribunadan hiss etdirək”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 Avqust 2026
14:44

"Karvan-Yevlax" yeni hücumçu ilə anlaşdı

14:26

"Araz-Naxçıvan"ın legioneri "İmişli"yə qarşı oynamayacaq

14:08

Azərbaycan klubları yerli futbolçulardan yenə qazanacaq

13:50

"Qarabağ"ın rəqibində ayrılıq yaşandı

13:31

Tahir Gözel: "Bu komandanın potensialına ürəkdən güvənirəm"

13:12

"Beşiktaş" Vlahoviçlə 2 gün ərzində müqavilə imzalayacaq

12:54

Rüstəm Nuriyevin yeni iş yeri bilindi

12:36

"Dinamo Kiyev"i Bakıda neçə azarkeş dəstəkləyəcək?

12:17

Jesus hansı liqanı seçəcək? - Türkiyə, yoxsa İtaliya?

11:59

KL: Pley-offun iki iştirakçısı müəyyənləşir, "Qarabağ" gözləyir

11:40

"Kəpəz" nigeriyalı yarımmüdafiəçinin keçidini açıqladı

11:22

AL: 3-cü mərhələnin ilk güclüsü Gürcüstanda müəyyənləşir

11:08

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:54

Aleksis Sançes Messiyə rəqib olacaq

10:35

"Fənərbağça" Lukaku üçün bu qədər ödəyəcək - MƏBLƏĞ

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

ÇL: Bu gün 3-cü mərhələyə yekun vurulur

09:48

"Mingəçevir" yeni mövsümdə fərqli forma ilə mübarizə aparacaq

09:25

Andrade Ukraynada fərqləndi

09:00

Çempionlar Liqası: "Sabah" pley-offa adlaya biləcək?

00:47

"Bolonya"nın futbolçusu Azərbaycan millisindən imtina edəcək? - SƏBƏB

10 Avqust 2026
23:51

Almaniya və İngiltərədə oynamış ulduz "Sabah"a gəlir?

22:52

"Barselona" PSJ-nin 50 milyon avroluq təklifini rədd etdi

22:09

"Sabah" onun üçün son ana qədər vuruşdu, amma...

21:37

Azərbaycan Avropa çempionatında 13 idmançı ilə təmsil olunacaq

21:09

Azərbaycan güləşçiləri Buxarestdə keçirilən turnirdə 5 medal qazanıblar

20:52

Namik Ələskərov "Kəpəz"in şərəfini qoruyacaq

20:38

Edson Eduardo "Qəbələ"də - RƏSMİ

20:14

"Kəpəz" heyətini 23 yaşlı müdafiəçi ilə gücləndirdi

19:39

Elçin Məmmədov Mixail Mesxi stadionunu təftiş edib

19:12

Mirəli Əhmədov "Karvan-Yevlax"da - RƏSMİ

18:32

"Səfərdə etdiyimiz səhvləri təkrarlamamağa çalışacağıq" - Valdas Dambrauskas

18:02

"Yəqin ki, müdafiə xəttinə əlavələrimiz olacaq" - Fərid Namazov

17:43

"Sabah" qalib gələcək və mərhələ adlayan tərəf olacaq" - Ağasəlim Mircavadov

17:26

PSJ "Liverpul"dan Barkola üçün bu qədər istəyir

17:08

"Şəfa"dan ayrılan hücumçu bu kluba keçə bilər - SON DURUM

16:45

"Dinamo Kiyev" Bakıya nə vaxt gəlir?

16:27

"Kəpəz" Kiyev "Dinamo"sunun sabiq hücumçusu ilə müqavilə bağladı

16:09

"Difai" ilə vidalaşdı, özünə yeni iş yeri tapdı

15:51

"Karvan-Yevlax" Rzayevi transfer etdi

Facebookdan bizi izləməyi unutmayın.
X