
"Kəpəz" futbol klubu belçikalı yarımmüdafiəçi Desmond Akuanı heyətinə qatıb.
Fanat.Az Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu ilə müddəti 2026/2027 mövsümünün sonunadək olan müqavilə imzalanıb.
Akua son olaraq ölkəsinin "Dender" klubunda çıxış edib. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 15 oyunda 2 qol vurub.