
Niderland millisinin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Niderland Futbol Federasiyası 46 yaşlı ispaniyalı mütəxəssis Xaviylə 2030-cu ilə qədər müqavilə imzalandığını açıqlayıb.
Bununla da Xavi məşqçilik karyerasında ilk dəfə milli komanda çalışdıracaq.
“Barselona”dan ayrıldıqdan sonra bir müddət komanda çalışdırmayan ispaniyalı mütəxəssis Niderland millisinin qarşıdakı turnirlərə hazırlığına rəhbərlik edəcək. Xavi bu vəzifədə Ronald Kumanı əvəzləyib.
Qeyd edək ki, Niderland millisi son Dünya Kubokunda mübarizəni 1/16 final mərhələsində dayandırıb.