
“Qarabağ” UEFA Konfrans Liqasının III təsnifat mərəhləsinin cavab matçında “Dinamo Kiyev”lə qarşılaşacaq.
Fanat.Az xəbər verir ki, Ağdam təmsilçisi oyunöncəsi azarkeşlərə və mediaya açıq məşq keçirib.
“Köhlənlər”in azarkeş qrupu “İmarət Tayfa” və “Qarabağ ordu” komandanı yalnız buraxmayıb. Onlar Qurban Qurbanova sona kimi güvəndiklərini bildirib.
Həmçinin oyunçulara müxtəlif şüarlar səsləndiriblər. Onların adlarına da yer veriblər. Görüşdən qələbə ilə ayrılmasını istəyən dəstəkçilər “vur-qır-parçala bu matçı qazan” şüarına da yer veriblər.
Xüsusi bəstələr səsləndirən “İmarət” “Qarabağ”, “İmarət” sənə inanır” sözlərinə də yer verib. Futbolçular müxtəlif məşqlər edib. Bir toxunuşlu ötürmələrkn sayını artırması yönündə pas təlimi də yerinə yetiriblər.
Əlisahib İbrahimli