
1-ci Liqanın ilk turunda "Zaqatala" "Mingəçevir"in qonağı olacaq. Tərəflər sentyabrın 4-də üz-üzə gələcəklər. Hər iki komanda hazırlığa avqustda başlayıb. Rakif Əliyevin rəhbərlik etdiyi Zaqatala təmsilçisinin kapitanı Sərxan Abdullayevlə əlaqə saxlayıb "işıqçılar"la səfər qarşılaşmasından nə gözlədiyini, mümkün heç-heçəni uğurlu nəticə sayıb-saymayacağını soruşduq?
32 yaşlı futbolçunun Fanat.Az-a açıqlaması belə oldu:
"Hazırlığa avqustun 10-da başlamışıq. Heyətimiz əsasən gənclərdən ibarətdir. Komandada ən təcrübəli, ən yaşlı mənəm. "Mingəçevir"də təcrübəlilərin sayı daha çoxdur. Mingəçevir səfəri həmişə çətin olub. Heç-heçə, məğlubiyyət haqda düşünmürük. Əsas məqsədimiz oradan 3 xalla qayıtmaqdır. Ən pis halda, bərabərlik də mümkündür. Mingəçevirə qələbə dalınca gedirik".
Nihat