
"İlk oyuna çox ciddi hazırlaşırıq. Komandada əhval-ruhiyyə yüksəkdir və hər kəs qələbəyə köklənib".
Bu sözləri Fanat.Az-a açıqlamasında "Gəncəbasar"ın qapıçısı Səlim Həşimov deyib.
Sentyabrın 3-də start götürəcək 1-ci Liqanın ilk turunda "Şimal"ın qonağı olacaq komandanın qolkiperi belə danışıb:
"Rəqibə hörmətlə yanaşırıq, amma bizim məqsədimiz bəllidir - yalnız qələbə! Meydanda sonadək mübarizə aparacağıq, hər top uğrunda savaşacağıq və komandamızın gücünü göstərəcəyik İnanıram ki, birlikdə yaxşı nəticə əldə edəcəyik və azarkeşlərimizi sevindirəcəyik".

Qeyd edək ki, "Şimal" - "Gəncəbasar" matçı sentyabrın 4-də baş turacaq. Şamaxı OİK stadionunda reallaşacaq görüş 17:00-da başlayacaq.
Nihat