
Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi yoldaşlıq oyununda Qırğızıstan yığması ilə üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, Bişkek şəhərində baş tutan görüş rəqibin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Millinin heyətində yeganə qolu Xədicə Rəhimova vurub.
Qeyd edək ki, hazırda Qırğızıstanda təlim-məşq toplanışında olan U-17 avqustun 30-da bu ölkənin yığmasına 0:3 hesabı ilə uduzub.