
UEFA Türkiyənin “Fənərbağça” klubu, həmçinin komandanın futbolçuları Matteo Genduzi və Meyson Qrinvudla bağlı intizam araşdırmasına başlayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı İstanbul təmsilçisi yayıb.
İntizam işi “Fənərbağça”nın Fransada “Lion”a qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra baş verən hadisələrlə əlaqədardır. Qarşılaşmadan sonra Genduzi və Qrinvudun insident zamanı davaya qoşulduqları bildirilib.
Qeyd edək ki, İstanbul klubu səfərdə Fransa təmsilçisini 2:1 hesabı ilə məğlub edərək UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
Əlisahib İbrahimli