
Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov UFC 334 turniri çərçivəsində növbəti döyüşünə çıxacaq.
Fanat.Az xəbər verir ki, təmsilçimiz braziliyalı Cefferson Nasimento ilə üz-üzə gələcək.
Bu görüş Nazim üçün 8-ci olacaqsa (4 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət), "sambaçı" oktaqonda 2-ci dəfə nəyə qadir olduğunu göstərməyə çalışacaq.
Qeyd edək ki, UFC 334 turniri noyabrın 14-də, Nyu Yorkda (ABŞ) keçiriləcək.
Nihat