
Bu gün Azərbaycan 1-ci Liqasında çempionat start götürüb.
Fanat.Az xəbər verir ki, 1-ci turun açılış günündə 3 oyun baş tutub.
İlk gündə iddialılar meydana çıxıblar. Çempionluğa iddialı MOİK güclənən "Şahdağ Qusar"la üz-üzə gəlib. Qonaqlar minimal hesablı qələbə qazanıblar. "Baku Sportinq" isə "Karvan-Yevlax"a məğlub olub. Turun daha bir prinsipial qarşılaşmasında "Xankəndi" ilə "Səbail" münasibətlərinə aydınlıq gətiriblər. Matçda qalib müəyyənləşməyib.
Qeyd edək ki, turun 2 oyunu (“Şimal” – “Gəncəbasar” və “Mingəçevir” – “Zaqatala”) sabah keçiriləcək.
Azərbaycan 1-ci Liqası
1-ci tur
3 sentyabr
MOİK – “Şahdağ Qusar” 0:1
Qol: J.Zenqo, 14.
Hakimlər: Mahmud Bağırzadə, Aydın Baxşıyev, Samir Qaracayev, Şamil İmanzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Binə qəsəbə stadionu.
“Baku Sportinq” – “Karvan-Yevlax” 0:3
Qol: S.Abdullayev, 4. E.Bayramov, 54. E.Sillas, 80.
Hakimlər: Murad Səlimov, Rəhman Aslanov, Safalı Ağayev, Nazim Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Baku Sportinq Arena”.
“Xankəndi” – “Səbail” 1:1
Qollar: M.Musazadə, 33. - R.Seyidov, 13.
Hakimlər: Alik Yunusov, Vüqar Bayramov, Elman Kərimov, Niyaz Əhmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Novruz Əzimov.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.