
Azərbaycan 1-ci Liqasında 3-cü tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son günündə 1 oyun baş tutub.
Bağlanış matçı Yevlaxda keçirilib. "Xankəndi" MOİK-i sözügedən məkanda qəbul edib. Qonaqlar matçdan inamlı qələbə ilə ayrılıblar.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" "Zaqatala"nı böyük hesabla (3:0) üstələyib, “Şimal” “Şahdağ Qusar”a (1:4), “Mingəçevir” “Gəncəbasar”a (0:3) “Baku Sportinq” isə “Səbail"ə (0:1) məğlub olub.
1-ci Liqa
3-cü tur
18 sentyabr
“Xankəndi” – MOİK 0:2
Qollar: B.İsmayılov, 66,90.
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Əkbər Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı. Olimpiya İdman Kompleksinin stadionu.