
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.
Fanat.Az millinin heyətini nəzərinizə çatdırır:
1. Aydın Bayramov - Zirə
2 Rəvan Mirzəmmədov - Sabah
3 Emil Balayev - Neftçi
4 Bədavi Hüseynov - Qarabağ
5 Murad Xaçayev - Neftçi
6 Cəlal Hüseynov - Petrolul (Rumıniya)
7 Anton Krivotsyuk - Daejeon Hana (Cənubi Koreya)
8 Rahil Məmmədov - Turan Tovuz
9 Elvin Bədəlov - Neftçi
10 Rəhman Daşdəmirov - Sabah
11 Toral Bayramov - Bursaspor (Türkiyə)
12 Tellur Mütəllimov - Sabah
13 Rüfət Abbasov - Neftçi
14 Ceyhun Nuriyev - Araz-Naxçıvan
15 Edqar Adilxanov - Şamaxı
16 Emin Mahmudov - Neftçi
17 Fərid Yusifli - Şəfa
18 Rəhim Sadıxov - Turan Tovuz
19 Rüfət Abdullazadə - Kiryat Shmona (İsrail)
20 Emil Səfərov - Neftçi
21 Abdulla Xaybulayev - Sabah
22 Aleksey İsayev - Sabah
23 Oruc Məmmədov - Şamaxı
24 Ayxan Hüseynov - Zirə
25 Anatoli Nuriyev - Kisvarda (Macarıstan)
26 Mustafa Əhmədzadə - Araz-Naxçıvan
27 Vüsal İsgəndərli - Malisheva (Kosovo)
28 Musa Qurbanlı - Qarabağ
29 Mahir Emreli - Rakuv (Polşa)
30 Renat Dadaşov - Bukovyna (Ukrayna)
Qeyd edək ki, Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də saat 17:00-da “Darius and Girėnas” stadionunda Litva, oktyabrın 1-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Lixtenşteyn, həmçinin oktyabrın 4-də saat 17:00-da 8-ci km stadionunda Litva yığması ilə qarşılaşacaq.