
UEFA Avropa Liqasında Liqa mərhələsinin 1-ci turuna yekun vurulub.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha 9 oyun keçirilib.
Türkiyə təmsilçisi "Beşiktaş" evdə ilk sınağına çıxıb. İstanbul nəhəngi "Olimpik Marsel"i məğlub yola salıb.
Bundan başqa, İtaliya nəhəngi "Yuventus" "Neymegen"i, İngiltərə təmsilçisi "Bornmut" isə "Real Sosyedad"ı məğlub edib.
Qeyd edək ki, turun digər oyunları ötən axşam keçirilib. Liqa mərhələsində 2-ci turun oyunları oktyabrın 15-də baş tutacaq.
UEFA Avropa Liqası
Liqa mərhələsi, 1-ci tur
17 sentyabr
"Levski" (Bolqarıstan) – "Zaltsburq" (Avstriya) 0:1
OFİ (Yunanıstan) – "Hoffenhaym" (Almaniya) 2:0
"Beşiktaş" (Türkiyə) – "Olimpik Marsel" (Fransa) 4:1
"Yuventus" (İtaliya) – "Neymegen" (Niderland) 5:0
"Real Sosyedad" (İspaniya) – "Bornmut" (İngiltərə) 1:2
"Kristal Pelas" (İngiltərə) – "Lex" (Polşa) 4:0
"Seltik" (Şotlandiya) – "Ferentsvaroş" (Macarıstan) 1:3
"Viktoriya" (Çexiya) – "Yunion" (Belçika) 0:3
"Lillestrem" (Norveç) – "Torreense" (Portuqaliya) 1:2