
"Qarabağ"ın milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə ilə bağlı planları bəllidir.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, baş məşqçi Qurban Qurbanov futbolçulara 5 günlük istirahət imkanı yaradıb.
Daha sonra bir araya gələcək "köhlənlər" məşqlərini "Azersun Arena"da davam etdirəcək. Sözügedən kollektiv oktyabrın 3-də "Zirə" ilə sınaq matçına çıxacaq.
Xatırladaq ki, Ağdam təmsilçisi Misli Premyer Liqasının son turunda "Şəfa"nı məğlub edib. Sentyabrın 18-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Hazırda 13 xalı olan "Qarabağ" turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub. İlk 2 sırada isə hərə 15 xalla "Neftçi" və "Sabah" qərarlaşıb.
Nihat