
Türkiyə Super Liqasının 5-ci turunda “Fənərbağça” doğma meydanda “Eyüpspor”u qəbul edib.
Fanat.Az xəbər verir ki, İstanbul təmsilçisi rəqibini 8:0 hesabı ilə məğlub edib.
Bu nəticə “Fənərbağça” tarixində ən böyük hesablı qələbə kimi qeydə alınıb.
İstanbul klubunun əvvəlki ən fərqli qələbələri 1991/92 mövsümündə “Qaziantepspor” (8:4), 1993/94 mövsümündə “Samsunspor” (8:1) və 1994/95 mövsümündə “Kayserispor”a (8:1) qarşı olub.
“Eyüpspor” üzərindəki 8:0 hesablı qələbə ilə “Fənərbağça” bu göstəricidə öz rekordunu yeniləyib.