
Mixaylo Mudrikin "Çelsi"yə qalmaqallı transferi ilə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Fanat.Az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Şaxtyor Donetsk"in sabiq idman direktoru Dariyo Srna ukraynalı ulduzun əslində "Arsenal"a keçmək istədiyini açıqlayıb.
"Topçular" oyunçunu heyətinə qatmaq üçün uzun müddət mübarizə aparsa da, "Çelsi" son anda 88 milyon funt-sterlinqlik təkliflə prosesə müdaxilə edib.
Nəticədə gənc vinger üstünlük verdiyi klub əvəzinə Londonun digər təmsilçisinə imza atmaq məcburiyyətində qalıb.