
Almaniya nəhəngi "Bayern Münhen" heyətini gücləndirməyə hazırlaşır.
Fanat.Az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Münhen klubu "Barselona"nın yarımmüdafiəçisi Dani Olmonu heyətinə qatmaq üçün 70 milyon avroluq təklif hazırlayır.
Bu mövsüm Kataloniya təmsilçisində daha çox rotasiya oyunçusu kimi çıxış edən ispan ulduzun gələcəyi böyük sual altında qalıb.
"Barselona" rəhbərliyi Almaniya klubunun bu təklifi qarşısında futbolçu ilə bağlı yekun qərarını verməli olacaq.