
1-ci Liqa təmsilçisi "Karvan-Yevlax" millilərin oyunları ilə əlaqədar yaranan fasilə dönəmində yoxlama oyununa çıxacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, sentyabrın 21-də məşqlərini bərpa edən Yevlax təmsilçisi "Qəbələ" ilə qarşılaşacaq.
Matçın sentyabrın 27-də keçirilməsi planlaşdırılıb.
Xatırladaq ki, Ramiz Məmmədovun çalışdırdığı bölgə komandası ilk 3 turda 6 xal toplayıb və hazırda 1-ci Liqanın turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Nihat