
"Qəbələ"nin milli komandaların oyunları ilə əlaqədar yaranan ikihəftəlik fasilə dönəmində hazırlıq planları bəlli olub.
Bu barədə Fanat.Az-a "qırmızı-qaralar"ın sözçüsü Elnur Məmmədli məlumat verib:
"Komanda dünəndən məşqlərini bərpa edib. İki yoxlama oyunu nəzərdə tutulub. Sentyabrın 27-də Birinci Liqa təmsilçisi "Karvan-Yevlax", oktyabrın 3-də isə Qəbələdə təlim-məşq toplanışında olan Yaponiyanın U-20 millisi ilə sınaq matçları keçiriləcək".
Qeyd edək ki, 6 oyuna 4 xal toplayan "Qəbələ" Misli Premyer Liqasının turnir cədvəlində 9-cu pillədə mövqe tutub.
Nihat