
Bu gün 1-ci Liqa təmsilçisi "Gəncəbasar" Gəncənin elita təmsilçisi "Kəpəz"lə sınaq matçına çıxıb. Gəncə şəhər stadionunda keçirilən oyun 16:30-da başlayıb. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Matç başa çatandan sonra "Gəncəbasar"ın baş məşqçisi Elhad Nəziri fikirlərini Fanat.Az-a bölüşüb:
"Futbolçularıma Premyer Liqa komandasına göstərdikləri müqavimətə görə təşəkkür edirəm. Yoxlama oyunlarında hesabın önəmi yoxdur. Bizim üçün vacib olan futbolçuların fiziki, taktiki-texniki, psixoloji durumunun qaydasında olması, verilən tapşırıqları lazımi şəkildə yerinə yetirmələridir. Digər tərəfdən, komandanın 90 dəqiqə Premyer Liqa təmsilçisinə qarşı bu tempdə mübarizə aparması sevindirici haldır. Hərçənd bu uğurlu çıxış bizi aldada bilməz. "Baku Sportinq"lə qarşıdakı çempionat oyununa hazırlaşırıq. Bizi fasilədən sonra çətin matç gözləyir".
Nihat