
Bu gün Bakıda yoldaşlıq görüşünə çıxacaq "Turan Tovuz" və "Fənərbağça"nın nümayəndələri oyundan əvvəl Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə Fanat.Az-a Tovuz klubundan məlumat verilib.
Nümayəndə heyətləri Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.
Qeyd edək ki, "Turan Tovuz" "Fənərbağça" matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matçın start fiti 20:00-da səsləndiriləcək.