
İngiltərə milli komandasının baş məşqçisi Tomas Tuxel "Mançester Siti" aşağı liqaya yuvarlansa belə, futbolçuları yığmaya dəvət edə biləcəyini təsdiqləyib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, təcrübəli mütəxəssis hər zaman heyətə ən yaxşı oyunçuları cəlb etməyə çalışacağını vurğulayıb.
Almaniyalı çalışdırıcı elita təmsilçisi olmayan futbolçuların üzərindən xətt çəkməyin doğru yanaşma olmadığını diqqətə çatdırıb.
Tuxel açıqlamasında hər bir oyunçunun durumunu fərdi şəkildə qiymətləndirəcəklərini bəyan edib.