"Kəpəz”in zədəli futbolçularından İlkin Sadıqovun vəziyyəti düzəlib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, fərdi halda məşqlər edən gənc futbolçu sabahdan etibarən komanda ilə birgə hazırlıqlara qoşulacaq. Komandanın digər futbolçusu Samba Diallo fərdi halda çalışsa da, onun müalicəsi bir müddət davam edəcək. Sambanın "İnter” ilə matçda iştirakı gözlənilmir.
Fanat.Az