Adı məlum səbəbdən dəyişdirilərək "Keşlə"yə çevrilən "İnter"in rəhbərliyi 2018-ci ilə yeni çalışdırıcıyla başlamaqda qərarlıdı.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, gürcü mütəxəssis Zaur Svanadze qış fasiləsində yola salınacaq. Əvəzedicilərin koordinatoru vəzifəsinə çoxdan gətirilən və əsəs komandanın "sükanı"nı ələ keçirmək üçün lazımi anı gözləyən Ramiz Məmmədov Svanadzenin yerinə ən real namizəd olsa da, onun arzusu həyata keçməyə də bilər. Belə ki, alternativ namizədlər də var. Klub rəhbərliyi heyəti gücləndirmək yönündə də hazırlıqlara başlayıb. Artıq bir neçə futbolçuyla danışıq aparan Bakı təmsilçisi rənglərinə bağlamaq istədiyi yerlilər və 2 əcnəbiylə də ilkin razılığa gəlib.
Fanat.Az