İdmançı Kamil Zeynallı İspaniyadan qayıdarkən "Qarabağ"ın təyyarəsinə buraxılmayıb. Fanat.Az xəbər verir ki, Kamilin təyyarədə söyüş söyməsinə klubdan reaksiya verilməsə də, bu gün Bakıya qayıdan "Qarabağ" klubunun təyyarəsində onun da uçmasına icazə verilməyib.
Klub rəhbərliyi ona bu hərəkətinə görə futbolçular və digər qonaqlarla birgə eyni təyyarədə uça bilməyəcəyini, Bakıya özünün qayıtmalı olacağını deyib.
Zeynallı rəhbərliyin bu addımından pərt olub və klub rəhbərliyinə düzgün addım atmadıqlarını desə də nəticə dəyişməyib.
Xatırladaq ki, Kamil "Atletiko"-"Qarabağ" oyununu izləmək üçün klubun nümayəndə heyəti ilə birgə İspaniyaya yola düşmüşdü. O, təyyarədə olarkən "Instaqram" vasitəsi ilə canlı yayıma qoşulmuş, "Məhəmməd Maqa" adlı "Instagram" istifadəçisinin ona qarşı xoşagəlməz şərhinə görə təyyarədə həmin şəxsin özünə və ailəsinin ünvanına yüksək səslə təhriqlər yağdırmışdı.
Fanat.Az