İran çempionatında 24-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor” da növbəti matçına çıxıb.
Təbriz komandası "İstiqlal”ın qonağı olub. Oyun 0:0 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, Təbrizin digər təmsilçisi "Maşinsazi” bu turda "Persepolis”ə öz meydanında yenilib - 0:1.
"Traktor” hazırda 41 xalla 16 kollektiv arasında 4-cü, "Maşinsazi” isə 24 xalla 11-cidi.
Fanat.Az