Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu məqsədilə keçirilən püşkatma mərasiminə Peşəkar Futbol Liqasının, eləcə də finalçıların - “Qarabağ” və “Zirə”nin nümayəndələri qatılıblar.
PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ” menecer Şahid Həsənov, “Zirə” isə icraçı direktor Cahangir Məmmədov ilə təmsil olunub. Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu 2 iyun tarixində “Liv Bona Dea Arena”da keçiriləcək. Matç saat 20:00-da start götürəcək.