Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Turun açılış matçında autsayder - “Sabah” “Sumqayıt”ı qəbul edib. Oyunun 11-ci dəqiqəsindən etibarən "Sumqayıt" görüşü azlıqda davam etdirib. Komandanın futbolçusu Murad Xaçayev qırmızı vərəqə alaraq meydanı tərk edib. Yekunda "Sabah" 10 nəfərlə qalan rəqibini 3:0 hesabı ilə məğlub edərək cari mövsümdə ilk qələbəsini qazanıb.
İkinci matç isə "Bakcell Arena"da keçirilib. Son çempion “Neftçi” ilə bu mövsüm özünü yaxşı tərəfdən göstərən “Zirə”ni qəbul edib. Oyunda ilk qol qonaqlardan gəlsə də, "Neftçi" geridönüş edərək qələbə qazanmağı bacarıb - 2:1.
Turun digər görüşləri sabah və birisigün keçiriləcək.
Azərbaycan Premyer Liqası
8-ci tur
23 oktyabr
16:00.“Sabah” - “Sumqayıt” 3:0
Qollar: Fofana Tiemoko, 60, 83, Ceyhun Nuriyev, 79
Qırmızı vərəqə: Murad Xaçayev, 11
"Sabah”: 1. Səlahət Ağayev (k), 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 3. Zurab Oçiqava, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 7. Petar Skuletiç, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Ehtiyat oyunçular: 32. Rustam Samigullin, 94. Yusif İmanov, 14. Slavik Alxasov, 26. Fofana Tiemoko, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 29. Ceyhun Nuriyev, 70. Təbriz İsazadə, 13. Abdulla Rzayev, 87. Nazim Həsənzadə
Məşqçi: İlkin Hüseynov
“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitro Nağıyev, 4. Höccət Haqverdi, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 18. Süleyman Əhmədov, 30. Nəbi Məmmədov, 74. Yusif Nəbiyev, 23. Səid Rza, 19. Xəzər Mahmudov, 8. Səbuhi Abdullazadə, 27. Nihad Ağayev
Baş məşqçi: Ayxan Abbasov
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov.
Masazır. “Bank Respublika Arena”.
18:15. “Neftçi” - “Zirə” 2:1
Qollar: Sezar Meza Kolli, 39, Mirabdulla Abbasov, 84 - Ağabala Ramazanov, 6
"Neftçi”: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 11. Harramiz Soares, 4. Huqo Basto, 14. Romen Bask, 91. Ramon Maçado, 36. Mamadu Kane, 21. İsmayıl Zülfüqarlı, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Zirə”: 1. Mehdi Cənnətov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 26. Nemanya Andelkoviç, 47. Mohamed Hamdaui, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 62. Abdulla Seydəhmədov, 8. İlkin Muradov, 15. Ruslan Abışov, 44. Dmitrios Çantakias, 9. Loris Broqno, 11. Velves Santos, 5. Rauf Hüseynli, 51. Rüstəm Nuruyev, 13. Ramin Əhmədov
Baş məşqçi: Rəşad Sadıqov
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov.
Bakı. “Bakcell Arena”.
|