Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.
Fanat.Az xəbər verir ki, ilk gündə Azərbaycanın 7 cüdoçusu 4 çəki dərəcəsində mübarizəyə qoşulub.
Cüdoçularımızdan dördü bürünc medal qazanmaq şansını saxlayır.
Kişilərin yarışında Əhməd Yusifov (60 kq) üçüncülük uğrunda görüşə çıxacaq. O, Yeldos Smetovla (Qazaxıstan) münasibətlərinə aydınlıq gətirəcək.
Ruslan Paşayev və Kamran Süleymanov (hər ikisi 66 kq) isə bir-biri ilə üz-üzə gələcəklər.
Qadınların mübarizəsində Leyla Əliyeva (48 kq) da finala yüksələ bilməyib. O, bürünc medal uğrunda türkiyəli Tucer Bederlə qarşılaşacaq.
Qeyd edək ki, üç gün davam edəcək turnirin qalibləri 1000, gümüş və bürünc medalçılar isə müvafiq olaraq 700 və 500 reytinq xalı qazanacaqlar.