17:20 16.03.2022 1081

"O qədər təbii sevindim ki, hakimlər də inandı" - Vüqar Nadirov

"Qarabağ"ın "Olimpik Marsel"lə Konfrans Liqasının pley-off mərhələsindəki cavab oyunu İbrahima Vadjinin ləğv olunan qoluyla, bir qədər də dəqiqləşdirsək, baş məşqçi Qurban Qurbanovun jestiylə uzun müddət xatırlanacaq. Maraqlıdır ki, ağdamlılar 2014-cü ilin noyabrında Avropa Liqasının qrup mərhələsində məhz Fransa klubuna - "Sent-Etyen"ə (1:1) bənzər qol vura bilmişdi. 

Fanat.Az olaraq təxminən 8 il əvvəlki səfər oyununda əllə topu önünə atıb möhtəşəm vuruşla fərqlənən Vüqar Nadirovun məlum epizodla bağlı fikirlərini öyrəndik. 

"Qarabağ"ın sabiq forvardı İbrahima Vadjinin qol vurduğu anda inamsız davrandığını, Qurbanovun bu üzdən işə qarışdığını bildirib: "Doğru qeyd edirsiniz, Sent-Etyendəki oyunda demək olar, əllə qol vurmuşdum. Topu qolumla önümə atıb sonra onu qapıçının başı üzərindən tora göndərdim. Fərq ondadr ki, bunu hiss etdirmədim. O qədər təbii sevindim ki, hakimlər də inandı. Halbuki, rəqib müdafiəçilər əllərini qaldırıb əllə oynadığıma etiraz bildirdilər. Qaçaraq ehtiyat oyunçular skamyamıza yaxınlaşdım, sevincimi məşqçimizlə, komanda yoldaşlarımla qeyd etdim. Halbuki, qolu qaydalardan kənar vurduğumu bilirdim. Bunu çoxları gördü. Amma hakim qol qeydə aldı. Vadji isə topu əllə qapıdan keçirəndən sonra inamsız davrandı. Dayanıb hakimlərə baxdı, rəqib müdafiəçilərin əhatəsindən çıxmağa tələsmədi. Aşkar hiss olundu ki, günahkardır. Belədə qolu qeydə alan hakim də tərəddüd etməyə başladı. Belədə rəqib daha da cəsarətləndi. Qurban Qurbanov məcbur qalıb müdaxilə etdi. O, ədalətli insandı. Vadjinin davranışından Qurban müəllim də şübhəyə düşmüşdü ki, əllə oynayıb. Halbuki, mən o vaxt təbii reflekslə hər kəsi aldada bildim. Futbolda belə hallar çox olub. Hətta dünya səviyyəli ulduzlar da əllə qol vurub. Mən o vaxt vəziyyətə uyğun davranmışdım".

Vüqar Nadirovun "Sent-Etyen"in qapısına vurduğu qolun görüntüsünü təqdim edirik:

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

16:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

17:01

"Neftçi" braziliyalı futbolçu ilə gücləndi - RƏSMİ

16:46

Acun Ilıcalıdan "Beşiktaş"lı futbolçuya rəsmi təklif - SON DURUM

16:11

Azərbaycan klubu məşqçisi ilə vidalaşdı

15:42

"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edildi

15:07

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu

Facebookdan bizi izləməyi unutmayın.
X