
Misli Premyer Liqasının debütantı "Şəfa" yay təlim-məşq toplanışı çərçivəsində son 2 yoxlama matçını keçirib.
Fanat.Az xəbər verir ki, ilk oyunda "Neftçi"nin əvəzediciləri ilə qarşılaşan Bakı təmsilçisi 2:1 hesablı qələbə qazanıb.
Digər görüşdə isə "Şəfa" "Qarabağ"ın əvəzediciləri ilə üz-üzə gəlib. Bu görüş də Zaur Həşimovun çalışdırdığı kollektivin qələbəsi ilə yekunlaşıb - 3:0.
Matçlar uyğun olaraq "Neftçi" Futbol Mərkəzində və "Bank Respublika Arena"nın ehtiyat meydanında baş tutub.
Eyni vaxtda baş tutan hər iki oyunda məşqçilər iki fərqli heyəti sınaqdan keçiriblər.
Bununla da "Şəfa" təlim-məşq toplanışı çərçivəsindəki oyunları məğlubiyyətsiz tamamlayıb. Paytaxt komandası daha əvvəl "Araz-Naxçıvan"a qalib gəlib (2:0), "İmişli" (2:2) və "Qəbələ" (1:1) ilə heç-heçə edib.