Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin son oyunu keçiriləcək.
Fanat.Az xəbər verir ki, NTD və "Gəncə" seriya çərçivəsində üçüncü oyununu keçirəcək. Görüş Bakıdakı “Sərhədçi” İdman Kompleksində baş tutacaq.
19:30. NTD - "Gəncə" (seriyanın hesabı - 1:1)
Qeyd edək ki, seriyanın ilk oyununda Bakıda NTD-yə qalib gələn "Gəncə" (101:73), daha sonra evdə uduzub (76:105).
Qalib finalda "Sabah"la qarşılaşacaq.