
"Artıq yeni sponsorla anlaşmışıq və Elman Sultanov komandaya baş məşqçi təyin olunub".
Bu sözləri Fanat.Az-a açıqlamasında 1-ci Liqa təmsilçisi "Mingəçevir"in təsisçisi və və İdarə Heyətinin sədr müavini Ruslan Həmidov deyib.
Klub rəsmisi bu gündən seleksiya məşqlərinə başlayacaqlarını bildirib: "Baxışa 4 legioner və təxminən 10 yerli futbolçu çağırılıb. Axşam saatlarında ilk seleksiya məşqi keçiriləcək. Təxminən 10 gün ərzində heyət formalaşdırılacaq. Hələ heç bir futbolçu ilə müqavilə bağlamamışıq".
O, ötən mövsümdən qalan 225 min manatlıq borc məsələsinə toxunub: "Borc hissə-hissə ödəniləcək".
Xatırladaq ki, "Mingəçevir" geridə qalan "futbol ili"ndə hazırda "Karvan-Yevlax"da olan Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsə də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.
Toğrul