Bu gün Azərbaycan Basketbol Liqasında üçüncü yer uğrunda görüş keçiriləcək.
Fanat.Az xəbər verir ki, NTD və "AAAF Xırdalan" klubları bürünc medalın sahibini müəyyənləşdirəcək. Saat 19:30-da başlayacaq görüş Bakıdakı "Sərhədçi" İdman Mərkəzində keçiriləcək.
Xatırladaq ki, “Sabah” və “Gəncə” arasında final seriyası mayın 20-də başlayacaq.