Azərbaycan Basketbol Liqasında final seriyasının oyunları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün "Gəncə" və "Sabah" komandaları final seriyasının dördüncü qarşılaşmasında üz-üzə gələcəklər.
“Sərhədçi” İdman Mərkəzində keçiriləcək oyun saat 19:30-da başlayacaq.
Hazırda "Sabah" 2:1 hesabı ilə öndədir. Paytaxt təmsilçisi qələbə qazanacağı təqdirdə çempion olacaq. "Gəncə" qalib gələcəyi təqdirdə beşinci matça ehtiyac duyulacaq. Həmin oyun mayın 30-da olacaq.