Azərbaycan Basketbol Liqasının “Sabah” və “Gəncə” komandaları arasında keçirilən final seriyasının nəticələrinə əsasən, görüşlərin ən yaxşısı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, “Sabah”ın amerikalı legioneri Entoni Patti final seriyasının ən yaxşısı olub.
Qeyd edək ki, "Sabah" seriyanın sonuncu - beşinci görüşündə "Gəncə"ni 86:85 hesabıyla məğlub edərək çempion olub.