
"Real Madrid" tezliklə iki yeni transferini açıqlayacaq.
Fanat.Az xəbər verir ki, "kral klubu" "Leypsiq"in cinah yarımmüdafiəçisi Yan Diomande ilə "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etməyə yaxındır.
"Marca" nın məlumatına görə, iki müqavilənin ümumi dəyəri 180 milyon avronu keçəcək. Fil Dişi Sahili yığmasının 19 yaşlı üzvü İspaniya nəhənginə 120 milyon avrodan çox, 30 yaşlı ispan oyunçunun transferi isə təxminən 60 milyon avroya başa gələcək.
Xatırladaq ki, artıq cari transfer pəncərəsində "Real Madrid"ə 5 futbolçu - Denzel Dumfris, İbrahima Konate, Bernardu Silva, Mark Kukurelya və Karlos Espi qoşulub. İyun ayının əvvəlindən isə komandaya Joze Mourinyo rəhbərlik edir.
Mirağa