
Kişi baskebolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə keçiriləcək Avropa çempionatının ilkin təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, təmsilçimizin hansı yığmalarla üz-üzə gələcəyi Latviyanın paytaxtı Riqada baş tutan püşkatma mərasimində bəlli olub.
A qrupunda yer alacaq Azərbaycan seçməsi Lüksemburq, İrlandiya və Şimali Makedoniya ilə mübarizə aparacaq.