
Bu gün Azərbaycan təmsilçisi "Abşeron Lions" basketbol üzrə Avropa Kubokunun təsnifat mərhələsində cavab matçına çıxıb.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Kiprdə yerli "Anortosis" ilə qarşılaşıb.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 77:60. Lakin Azərbaycan komandası ilk matçda rəqibini 89:73 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, Avropa Kubokunun qrup mərhələsi oktyabrın 15-də start götürəcək.
Avropa Kuboku, təsnifat mərhələsi
20.00. "Anortosis" (Kipr) - "Abşeron Lions" (Azərbaycan)
İlk oyun - 73:89
İkinci oyun - 77-60
Nihat