
Basketbol üzrə Avropa Kubokunda Azərbaycanı təmsil edən "Neftçi" mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün ilk oyununa çıxacaq.
İ qrupunda yer alan "ağ-qaralar" startda Polşanın "Trefl" komandası ilə qarşılaşacaq. Səfərdə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:15-da start götürəcək.
"Neftçi" turnirə bu heyətlə yollanıb: Fikrət Ələkbərov, Camal Bey, Əkbər Məmmədov, Devonte Qrin, Toni Perkoviç, Amil Qəmzəyev, Edvard Polite, Ağa Ağayev, Qalin Smit, Stefan Keniç, Nicat Nəsirov, Tunar Hacızadə, Marko Siniç.
Qeyd edək ki, təmsilçimizin yer aldığı qrupun digər oyununda Azərbaycanın digər təmsilçisi "Abşeron Lions" Estoniyanın "Kalev" komandası ilə üz-üzə gələcək. Görüş sabah keçiriləcək.
Avropa Kuboku
İ qrupu
15 oktyabr
21:15. Trefl (Polşa) – Neftçi (Azərbaycan)
Sopot. Mərkəzi Arena.