
3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisi turnirə məğlubiyyətlə başlayıb.
Mübarizəyə seçmə mərhələdən qoşulan yığma A qrupunda həm Tailanda, həm də Litvaya uduzub - hər ikisində 5:21 hesabı ilə.
Qeyd edək ki, Dünya Seriyasının Sumqayıt mərhələsində yarışacaq digər təmsilçimiz “Neftçi SOCAR” əsas mərhələnin A qrupunda yer alır. Təmsilçimiz bu gün “Yanjing” (Çin) klubu və Çin millisi ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmalar müvafiq olaraq 16:05 və 17:55-də start götürəcək.
Qeyd edək ki, Dünya Seriyasının Sumqayıt mərhələsi iyunun 21-də başa çatacaq.