
Avropa basketbolunun parlaq ulduzlarından biri olan Mayk Ceyms ağır zədə ilə üzləşib.
Fanat.Az xəbər verir ki, "Monako"nun lideri məşq zamanı aldığı zədə səbəbindən uzunmüddətli müalicə kursu keçməli olacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Həkimlərin verdiyi rəsmi rəyə əsasən, təcrübəli pleymeykerin meydanlara
dönməsi 7-9 ay çəkəcək.
Qeyd edək ki, 34 yaşlı ulduz ötən mövsüm Avroliqada matç başına orta hesabla 17.9 xal, 4.1 ribaund və 5.1 məhsuldar ötürmə ilə oynayaraq turnirin ən dəyərli oyunçusu seçilmişdi.