
"Liverpul" müdafiə xəttini gücləndirmək üçün London təmsilçisi "Tottenhem"in kapitanı Miki van de Veni hədəf seçib.
Fanat.Az "Football Insider" portalına istinadən xəbər verir ki, Mersisayd klubu niderlandlı futbolçunu 2027-ci ilin yanvarında və ya yayında heyətinə qatmaq üçün hazırlıqlara başlayıb.
Lakin "Tottenhem" rəhbərliyi 25 yaşlı mərkəz müdafiəçisini satmaq niyyətində olmadığını bəyan edib.
Şimali London təmsilçisi 2031-ci ilə qədər sözləşməsi olan təcrübəli oyunçu üçün gələn təklifləri dəyərləndirməyəcəyini vurğulayıb.
Bu müqavimətə baxmayaraq, "Liverpul"un transfer üçün bütün imkanları səfərbər edəcəyi bildirilir.