
UEFA Millətlər Liqasında 4-cü tur davam edir.
Fanat.Az xəbər verir ki, tur çərçivəsində bu gün daha 8 oyun keçiriləcək.
Günün ilk oyunu Kiprdə yerli komanda ilə Latviya arasında baş tutacaq.
Qalan 7 matç isə Bakı vaxtı ilə saat 22.45-də start götürəcək.
A Liqasında Fransa Belçika ilə, İtaliya isə Türkiyə seçməsi ilə üz-üzə gələcək.
Qeyd edək ki, D Liqasında mübarizə aparan Azərbaycan millisi 3 oyunda topladığı 5 xalla qrup lideridir. Yığmamız qrupda son oyununu 13 noyabrda səfərdə Lixtenşteynə qarşı keçirəcək.
UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
5 oktyabr
C Liqası, 2-ci qrup
20:00. Kipr – Latviya
A Liqası, 1-ci qrup
22:45. Fransa – Belçika
22:45. İtaliya – Türkiyə
B Liqası, 2-ci qrup
22:45. Ukrayna – Macarıstan
22:45. Şimali İrlandiya – Gürcüstan
B Liqası, 4-cü qrup
22:45. Rumıniya – İsveç
22:45. Bosniya və Herseqovina – Polşa
C Liqası, 2-ci qrup
22:45. Çernoqoriya – Ermənistan