
Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
Fanat.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/16 finalda Ukrayna təmsilçisi Dilşot Xalmatovu mübarizədən kənarlaşdırıb.
B.Ağayev 1/8 finalda ABŞ-dən olan Conatan Yanqla üz-üzə gələcək.
Eyni çəkidə yarışan daha bir cüdoçumuz Əhməd Yusifov da 1/8 finala yüksəlib. O, 1/16 finalda monqolustanlı Tumenjarqal Tuvşinturu məğlub edib.
48 kq çəki dərəcəsində yarışan Könül Əliyeva isə 1/8 finala çilidən olan Mari Di Varqas Leyi yenərək adlayəb. Onun növbəti rəqibi rusiyalı Sabina Giliazova olacaq.
Qeyd edək ki, oktyabrın 11-nə qədər davam edəcək yarışda 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparacaq. Azərbaycanı fərdi yarışlarda 13 çəki dərəcəsində 24 cüdoçu – 17 kişi və 7 qadın təmsil edəcək. Yığmamız həmçinin oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında çıxış edəcək.