
Azərbaycan boksçusu Səidcəmşid Cəfərov Çinin Quyyan şəhərində keçirilən Dünya Kubokunda rəqib tanımayıb.
Fanat.Az xəbər verir ki, 75 kq çəki dərəcəsində döyüşən idmançı finalda Rami Kiuanla (Bolqarıstan) üz-üzə gəlib.
Bütün raundlarsa rəqibini üstələyən Cəfərov 5:0 (30:27, 30:27, 30:27, 30:27, 29:28) hesablı qələbə ilə qızıl medal qazanıb.
Beləliklə, Azərbaycan millisi 40 ölkədən olan 300 idmançısının qatıldığı ilin ikinci reytinq xarakterli yarışını 1 qızıl və 2 bürünc medalla tamamlayıb.
Boksçularımızdan daha öncə Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) "bürünc"ə sahib çıxıblar.