
PSJ Fransa millisinin müdafiəçisi Lukas Din ilə 2029-cu ilə qədər müddətə müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə Liqa 1 çempionu rəsmi saytı üzərindən açıqlama yayıb.
Müqavilənin maliyyə təfərrüatları açıqlanmasa da, Britaniya mediası PSJ-nin sol cinah müdafiəçisi üçün 8,5 milyon funt sterlinq (11,46 milyon dollar) sərbəst qalma bəndini aktivləşdirdiyini bildirib.
Din PSJ-dən ayrıldıqdan 11 il sonra Fransa paytaxtına qayıdır. O, 2013-2015-ci illər arasında klubda iki mövsüm keçirib. Bu müddət ərzində o, iki dəfə Liqa 1 titulunu, bir dəfə Fransa Kubokunu və iki dəfə Liqa Kubokunu qazanıb.
Peşəkar karyerasına "Lill"də başlayan Lukas daha sonra PSJ-yə üz tutub və ardından bir mövsümü "Roma"da icarə əsasında keçirib.
Din 2016-cı ildə "Barselona"ya transfer olunub. O, iki mövsüm ərzində İspaniya nəhəngində 46 oyun keçirib və mükafat siyahısına bir La Liqa titulunu, iki Kral Kubokunu və bir İspaniya Super Kubokunu əlavə edib.
Daha sonra - 2018-ci ildə Premyer Liqaya üz tutan müdafiəçi 4 il "Everton"da, 4 mövsüm yarım "Aston Villa"da oynayıb. 33 yaşlı futbolçu "Villa Park"da Unay Emerinin rəhbərliyi altında bu il Avropa Liqasını qazanıb.
2014-cü ildən bəri Fransa millisinin üzvü olan Din əsas komandada 64 oyun keçirib və ölkəsini iki dünya çempionatında təmsil edib.
Mirağa